2004-cü ildə ABŞ-nin Ohayo ştatında baş verən ölüm hadisəsinə görə axtarılan şəxs təxminən 20 ildən sonra tapılıb. Ən maraqlı məqam isə onun tapılan zaman Meksikada polis olması olub.
Məlumata görə, Antonio Liano Ohayoda bir barda baş verən dava zamanı açılan atəş nəticəsində bir nəfərin ölümünə görə axtarılırdı. 2005-ci ildə onun tutulması barədə qərar verildikdən sonra Meksikaya qaçdığı bildirilir.
Bildirilib ki, o, sonradan Meksikanın Oaxaka bölgəsində kiçik bir qəsəbədə yaşamağa başlayıb. Burada insanların etibarını qazanıb və polis kimi işləyib.
ABŞ və Meksika polisinin birlikdə apardığı araşdırma nəticəsində onun kim olduğu müəyyən edilib. Antonio Liano növbədə olarkən saxlanılıb.
Daha sonra o, ABŞ-yə aparılıb. Məhkəmə onu günahkar hesab edib.
Mələk
Stopnarkotik.az