Türkiyənin Düzcə şəhərində keçirilən əməliyyat zamanı ölkənin qərb bölgələrindən şərq bölgələrinə narkotik aparan 2 nəfər saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, məlumata görə, saxlanılan maşında və həmin şəxslərin üzərində aparılan yoxlama zamanı təxminən 15 milyon lirə dəyərində 5 kiloqram metamfetamin tapılıb.
Tapılan narkotik götürülüb və saxlanılan 2 nəfərlə bağlı araşdırma davam edir.
Stopnarkotik.az