İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurdu

İranın hava hücumundan müdafiə qüvvələri Buşehr vilayəti üzərində ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurub.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

 

Məlumata görə, pilotsuz aparat yer-hava tipli raketlə məhv edilib.

Buşehr vilayətinin Cəm rayonunun rəhbərliyi hadisəni təsdiqləyib və hazırda bölgədə vəziyyətin sabit olduğunu açıqlayıb.