Rusiya ordusu nüvə təlimlərinə başlayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlərdə 64 min şəxsi heyət iştirak edir.
Qeyd olunub ki, manevrlər bu gün başlayıb və 21 maya qədər davam edəcək. Təlimlərə 140-dan çox təyyarə, 73 yerüstü gəmi və 13 sualtı qayıq da daxil olmaqla, 7800-dən çox texnika cəlb olunub.
Təlimlərə Rusiyadakı sınaq poliqonlarında ballistik və qanadlı raketlərin atılması da daxildir.
Təlimlərdə Belarusda yerləşən nüvə silahlarının hazırlanması və istifadəsi məsələsi də işləniləcək.