Mədələrində narkotik daşıyan 8 İran vətəndaşı Türkiyədə saxlanıldı

Türkiyənin Van vilayətində narkotik qaçaqmalçılığına qarşı keçirilən əməliyyat zamanı İran vətəndaşı olan 8 nəfər saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, həmin şəxslərin kapsul halına salınmış 3 kilo 374 qram həşişi udaraq mədələrində gizlətdikləri müəyyən olunub. Narkotik vasitələrin bu üsulla ölkəyə keçirilməsinə cəhd edildiyi bildirilib.

Faktla bağlı saxlanılan şəxslər barəsində hüquqi prosedurlara başlanılıb.