İki qırıcı təyyarə havada toqquşdu - ANBAAN VİDEO

ABŞ-nin Aydaho ştatında yerləşən “Mountain Home” Hərbi Hava Qüvvələri Bazasında keçirilən hava şousu zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki qırıcı təyyarə havada toqquşub.

Hadisə uçuş nümayişi zamanı qeydə alınıb.

İlkin məlumata əsasən, hər iki təyyarədə olan ekipaj üzvlərinin katapult etməyə çalışdığı, hadisədən sonra onların vəziyyəti ilə bağlı dəqiq məlumatın olmadığı bildirilir.

Hadisənin səbəbləri araşdırılır.