Zelenski barədə narkotik iddiaları - Keçmiş mətbuat katibi danışdı

Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel onun mümkün narkotik asılılığı ilə bağlı iddialara münasibət bildirib.

Stopnarkotik.az xəbər verir ki, Mendel bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində danışıb.

Onun sözlərinə görə, o, şəxsən Zelenskinin narkotik istifadə etdiyini heç vaxt görməyib.

Bununla belə, Mendel bildirib ki, Zelenskini uzun illərdir tanıyan bəzi şəxslər onun guya kokain istifadə etdiyini iddia ediblər.

Keçmiş mətbuat katibi həmçinin “95-ci kvartal”ın bir iştirakçısı ilə tanış olduğunu, həmin şəxsin ona Zelenskini narkotiklə təmin edən adam kimi təqdim edildiyini deyib.

Mendel əlavə edib ki, prezident bəzən 15 dəqiqəlik vanna otağına və ya tualetə gedir, qayıtdıqdan sonra isə “enerjili və gümrah” görünürdü.

O, 2019-cu il prezident seçkisi kampaniyası zamanı narkotik testləri ilə bağlı hadisəni də xatırladıb. Mendelin sözlərinə görə, həmin vaxt Zelenskinin test nəticələri tarix uyğunsuzluğuna görə suallar doğurmuşdu./bizim.media