ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən gəmiyə zərbə endirib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Bildirilib ki, kəşfiyyat məlumatları gəminin Şərqi Sakit okeanda məlum narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyini və narkotik ticarətində istifadə olunduğunu təsdiqləyib.
Zərbə nəticəsində iki nəfər həlak olub, bir nəfər isə sağ qalıb.
Cənub Komandanlığı həmçinin ABŞ-nin Sahil Mühafizəsinə axtarış-xilasetmə sistemini aktivləşdirmək üçün məlumat verib.
Qeyd olunur ki, əməliyyat zamanı ABŞ-nin heç bir hərbçisi xəsarət almayıb.
Xatırladaq ki, ABŞ müdafiə naziri Pit Heqset ötən ilin noyabrında narkotik kartelləri ilə mübarizə aparmaq üçün "Southern Spear" (Cənub nizə) əməliyyatının başlandığını elan edib.