“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Erkən nikahların ailə instituna təsiri” adlı layihəsini Respublikamızın Astara, Lerik, Yardımlı və Salyan rayonlarında həyata keçirəcək.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyindən məlumat verilib.
Bildirilir ki, hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nigahlardır. Erkən nigah yaxud uşaq nigahları 18 yaşından az olan uşaqların fiziki, mənəvi və psixoloji cəhətdən evliliyə və uşaq sahibi olmaq məsuliyyətini daşımağa hazır olmadan bağlanan nigahlardır.
“Azərbaycan Respublikasının Ailə Məsəlləsində beynəlxalq qanunvericiliyə uyğun olaraq nigah yaşı son yaş həddi kimi 18 yaş müəyyən edilmişdir. Layihə çərçivəsində çalışacağıq ki, qarşıya qoyduğumuz məqsədlərə nail olaq”, - deyə təşkilatdan bildirilir.
Stopnarkotik.az