Çinin iki sabiq müdafiə naziri edam olunacaq

Korrupsiyada ittiham olunan Çinin sabiq müdafiə nazirləri Vey Fenhe və Li Şanfu barəsində icrası iki il təxirə salınan edam hökmü çıxarılıb.

Bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hər iki məmur 2024-cü ildə "ciddi intizam pozuntuları" səbəbindən hakim Kommunist Partiyasının sıralarından xaric edilib.

Məlumata görə, Çin hüquq təcrübəsində icrası təxirə salınmış ölüm hökmü, bir qayda olaraq, məhkumun müəyyən edilmiş müddət ərzində yeni cinayət törətmədiyi halda ömürlük həbs cəzası ilə əvəz oluna bilər.