Rusiya hakimiyyəti Moskvada ənənəvi olaraq dəbdəbəli Qələbə Günü paradını kəskin şəkildə azaltmaq qərarına gəlib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 9 may 2026-cı ildə parad hərbi texnika olmadan keçiriləcək.
Bildirilir ki, tanklar və raket sistemləri əvəzinə, yalnız yürüş kolonları Qırmızı Meydandan keçəcək.
Qeyd edək ki, 1995-ci ildən 2007-ci ilə qədər Rusiyada ağır texnika olmadan paradlar keçirilib. 2008-ci ildən bəri Strateji Raket Qüvvələrinin raket sistemləri, zirehli texnikaları və tankları yenidən Qırmızı Meydanda parad keçirilir.
2026-cı il paradında hansı xarici liderlərin iştirak edəcəyi hələ də məlum deyil. Rəsmi Kreml bununla bağlı açıqlama verməkdən imtina edib.