Kürdəmirdə 28 yaşlı oğlan bıçaqlandı

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az bizim.media-ya istinadən xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Belə ki, aralarında yaranan şəxsi münasibətlər zəminində kənd sakini 1998-ci il təvəllüdlü Səmidov Elməddin Uğur oğlu bir neçə bıçaq xəsarəti alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyata alınıb.

Hazırda faktla bağlı araşdırma aparılır.