Mağazadan 23 min manatlıq oğurluq edən şəxslər tutuldu - VİDEO

Mağazadan 14 ədəd televizor və digər elektrik avadanlıqları oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Naziliyindən Stopnarkotik.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Xudat şəhərində yerləşən mağazadan oğurluq edən Elman İmanov və Elçin Məhərrəmov saxlanılıblar.

Onlar obyektdən ümumi dəyəri 23 min manat olan 14 ədəd televizor, 3 ədəd noutbuk və 3 ədəd kondisioner talayıblar.

Müəyyən edilib ki, saxlanılan şəxslərdən biri əvvəllər həmin mağazada çalışıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.