Bakının mərkəzində obyekt yanır: VƏTƏNDAŞLAR TƏXLİYƏ EDİLDİ - VİDEO / YENİLƏNİB

Bakının mərkəzində yerləşən binada yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN-dən Stopnarkotik.az-a verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar təhlükəsiz əraziyə təxliyə edilib.

***11:39

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Stopnarkotik.az-a FHN Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.