Qobustanda avtomobil dirəyə çırpıldı: ÖLƏN VAR

Qobustanda avtomobil qəzası baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, dünən saat 23:00 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

Nəticədə sürücü – 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb.

Araşdırma aparılır.