65,7 KİLOQRAM NARKOTİK, 1500 ƏDƏD HƏB AŞKARLANDI - Rəsmi açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 7-də ümumi çəkisi 65,7 kiloqrama yaxın narkotik vasitə və 1500 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.