36,2 kiloqram narkotik və minlərlə həb dövriyyədən çıxarıldı - ƏMƏLİYYAT + AUDİO

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 6-da ümumi çəkisi 36,2 kiloqramdan artıq narkotik vasitə və 6958 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.