İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin iki əyalətində – Kürdüstan və Kirmanşahda keçirilən əməliyyatlar zamanı 240-a yaxın şəxsin saxlanıldığını bildirib.
Bu barədə “Al Jazeera” İran mediasına istinadən məlumat yayıb.
Bildirilib ki, Şərqi Kürdüstanda 11 nəfər saxlanılıb. Əməliyyatlar zamanı onlarda silah və sursat aşkarlanıb. Digər reydlər nəticəsində isə 70-ə yaxın şəxs saxlanılıb.
Kirmanşah əyalətində SEPAH-ın “əks-inqilabçı qruplarının” üzvləri adlandırdığı 155 nəfər saxlanılıb. İddiaya görə, onların arasında İsrailin “Mossad” kəşfiyyatının xeyrinə casusluqda şübhəli bilinən 4 nəfər var.
Bundan əlavə, Tehran polisi düşmən qurumlara raket zərbələrinin endiriləcəyi yerlər barədə məlumatları toplamaqda və ötürməkdə şübhəli bilinən 1 nəfərin saxlanıldığını bildirib.