ABŞ hərbçiləri Sakit Okeanın şərqində narkotik qaçaqmalçılığı üçün istifadə edilən gəmiyə zərbə endirib.
Stopnarkotik.az bildirir ki, ABŞ Silahlı Qüvvələrin Cənub Komandanlığı bu barədə "X" sosial şəbəkəsində xəbər verib.
"Kəşfiyyat gəminin Sakit Okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə olunduğunu təsdiqləyib", - məlumatda deyilir.
Məlumata görə, zərbə nəticəsində üç nəfər həlak olub. ABŞ hərbçilərindən heç biri xəsarət almayıb.
Pentaqon katibi Pit Heqset 2025-ci ilin noyabr ayında narkotik əleyhinə "Cənubi nizə" əməliyyatının başladığını elan edib.