Narkotik daşıyan TIR-dan dəyəri 12 milyondan çox sintetik maddə aşkarlandı

Türkiyənin Düzce şəhər prokurorluğunun koordinasiyası ilə polis idarəsinin Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları İstanbuldan Samsuna narkotik maddələrin daşındığı barədə məlumat alıblar. 
Stopnarkotik.az
xəbər verir ki, bu məlumat əsasında hərəkətə keçən qruplar M.G.-yə məxsus bir nəqliyyat vasitəsini saxlayıb və axtarış zamanı 51 kiloqram çəkidə və təxminən 12 milyon TL bazar dəyəri olan 115.000 narkotik həbi müsadirə ediblər. Narkotiklə tutulan M.G. nəzarətə alınıb. 

Stopnarkotik.az