Ukrayna Prezidenti Volodimir Zelenski Moskvada keçiriləcək 9 May paradı ilə bağlı açıqlama verib.
Zelenski bunu İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII sammiti çərçivəsində deyib.
Onun sözlərinə görə, bu il Rusiyada 9 May paradı zamanı hərbi texnikanın nümayişi planlaşdırılmır.
“Lakin həmin parada Ukrayna dronları “baş çəkə” bilər”, - deyə Ukrayna lideri bildirib.
Zelenski qeyd edib ki, bu yay Rusiya Prezidenti Vladimir Putin qarşısında ciddi seçim olacaq:
“Putin bu yay nə edəcəyinə qərar verəcək — müharibəni genişləndirmək, yoxsa diplomatik yola getmək. Biz onu diplomatiyaya sövq etməliyik”.
Qeyd edək ki, Zelenski İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII sammitində iştirak edir.
Bizim.Media