Çinin paytaxtı Pekində insanlarla robotların iştirak etdiyi yarımarafon keçirilib.
Stopnarkotik.az xəbər verir ki, yarışçılar 21,1 kilometrlik məsafəni qaçıblar. Onlar eyni yolda, amma ayrı-ayrı zolaqlarda yarışıblar.
Robotlar Çin, Almaniya, Fransa, Portuqaliya və Braziliya komandalarını təmsil ediblər.
Yarışın qalibi “Shandian” adlı robot olub. “Shandian” 21,1 kilometrlik məsafəni 50 dəqiqə 26 saniyəyə qaçaraq, qalib olub.
Yarımarafonda iştirak edən kişi və qadın qaliblər “Shandian”dan bir neçə dəqiqə geridə qalıblar. Belə ki, Cao Haycie yarışı 1 saat 7 dəqiqə 47 saniyəyə, Van Çiaosia isə 1 saat 18 dəqiqə 6 saniyəyə başa vurub.
Qeyd edək ki, bu cür yarış Çində ilk dəfə 2025-ci ildə təşkil olunub və həmin vaxt “Tiangong” adlı robot birinci yer tutub. “Tiangong” məsafəni 2 saat 40 dəqiqə 42 saniyəyə qət edərək, yarışın birincisi olmuşdu.
MƏLƏK

