Narkotik əməliyyatında 14 kilo heroin ələ keçirdi

Antalyada Narkotiklə Mübarizə Şöbəsi tərəfindən keçirilən əməliyyat zamanı 14 kilo 100 qram heroin ələ keçirilib və 3 nəfər saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, polisin məlumatına görə, şübhəlilər başqa şəhərlərdən gətirdikləri narkotikləri özlərini ailə kimi göstərərək avtomobillə Antalyaya gətirib satmağı planlaşdırıblar.

Ağsu rayonunda keçirilən əməliyyat zamanı S.Y., A.Y. və H.Y. saxlanılıb. Avtomobildə aparılan yoxlamada 26 paketdə ümumilikdə 14 kilo 100 qram heroin tapılıb.

Narkotik maddələrin satışı və ya yayılması ilə günahlandıraraq məhkəməyə çıxarılan 3 şübhəli həbs olunub.

Mələk

Stopnarkotik.az