"Süni intellekt nüvə təhlükəsini artırır" - BMT BAŞ KATİBİ

BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, sürətlə inkişaf edən süni intellekt və kvant hesablamaları texnologiyaları nüvə təhlükəsi riskini daha da artırır.

O, bu barədə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin icrasına dair Nyu-Yorkda keçirilən 11-ci iclas-konfransda çıxışı zamanı danışıb.

"Bu gün nüvə təhdidi süni intellekt və kvant texnologiyaları kimi sürətlə inkişaf edən sahələrdən qaynaqlanan yeni risklərlə daha da güclənir. Müqavilə nüvə silahı ilə yeni texnologiyalar arasındakı qarşılıqlı əlaqəni nəzərə almalıdır. Bəşəriyyət nüvə silahı tam aradan qaldırılana qədər onun istifadəsinə olan nəzarəti əldən verməməlidir", - deyə Quterreş vurğulayıb.

Baş katib qeyd edib ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi dövlətlərin onun müddəalarına sadiq qalması şərti ilə nüvə silahından azad dünya üçün aktiv əsas olaraq qalmağa qadir "canlı alət"dir.

Xatırladaq ki, aprelin 27-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında işə başlayan iclas-konfrans hər beş ildən bir keçirilir. Tədbir müqaviləyə qoşulan 191 ölkənin nümayəndələrini bir araya gətirir./oxu.az