Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı / YENİLƏNİB

ABŞ hüquq-mühafizə orqanları Ağ Evin Müxbirlər Assosiasiyasının Vaşinqtondakı "Washington Hilton" hotelində keçirilən qəbulunda baş vermiş atışmada şübhəli bilinən şəxsin bu mehmanxananın sakini olduğu qənaətindədirlər.

TASS xəbər verir ki, bu bəyanatla Kolumbiya dairəsi Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ceffri Kerroll mətbuat konfransında çıxış edib.

O əlavə edib ki, şübhəli xəstəxanada müayinə olunur, hər hansı bir güllə yarası almayıb. Polis idarəsinin nümayəndəsi əlavə edib ki, atəş açan şəxsin motivi hazırda məlum deyil, istintaqçılar onun hədəfinin kim olduğunu müəyyən etməyi planlaşdırırlar.

Kolumbiya dairəsinin baş prokuroru Janin Pirro atışmada şübhəli bilinən şəxsə iki bənd üzrə ittiham irəli sürüldüyünü bildirib.

"Hazırda cavabdehə iki bənd üzrə ittiham irəli sürülüb: zorakı cinayət törətmək üçün odlu silahdan istifadə və federal agentə təhlükəli silahdan istifadə edərək hücum", - deyə o mətbuat konfransında bildirib.

Pirro əlavə edib ki, şübhəli bazar ertəsi hakim qarşısına çıxacaq.

Qeyd edək ki, atışma gecə saatlarında Vaşinqtonda Ağ Ev Müxbirlər Assosiasiyasının prezident Donald Trampın iştirak etdiyi qəbulunda baş verib. ABŞ Administrasiyasının heç bir nümayəndəsi xəsarət almayıb. ABŞ Məxfi Xidməti bir nəfərin saxlanıldığını bildirib./oxu.az

***08:22

ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının üzvləri təhlükəsizlik təhdidi səbəbindən şənbə günü "Washington Hilton" hotelində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının illik şam yeməyindən təxliyə ediliblər.

Stopnarkotik.az xəbər verir ki, hoteldə atəş səsləri eşidilib.

Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEO

Məxfi Xidmət yüzdən çox insanın Trampın çıxışını gözlədiyi banket zalını mühasirəyə alıb. Orada olanlardan bəziləri beşdən səkkizə qədər atəş səsi eşitdiklərini bildiriblər. Atəş açan şəxs özü zala daxil olmayıb, hadisə hotelin digər otaqlarından birində baş verib.

Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEO

Tədbirdə iştirak edənlər arasında Trampdan başqa, birinci xanım Melaniya Tramp, ABŞ-nin vitse-prezidenti Cey Di Vens, hərb naziri Pit Heqset və ABŞ dövlət katibi Marko Rubio da olublar. Bütün dəvətlilər təxliyə ediliblər.

Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEO

Daha sonra D.Tramp Məxfi Xidmətin atəş açan şəxsi saxladığını bildirib. Şübhəlinin Kaliforniya ştatının sakini, 31 yaşlı Koul Tomas Allen olduğu müəyyən edilib.

"Vaşinqton, Kolumbiya dairəsində hadisələrlə dolu bir axşam. Məxfi Xidmət və hüquq-mühafizə orqanları fantastik iş gördülər. Onlar cəld və mərdliklə hərəkət etdilər. Atıcı saxlanılıb və mən "şounu davam etdirməyi" tövsiyə etdim, lakin tamamilə hüquq-mühafizə orqanlarının tövsiyələrini rəhbər tutacağam", - deyə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb və atəş açdığı ehtimal edilən şəxsin fotosunu paylaşıb.

Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEO

Atışmadan bir müddət sonra Tramp mətbuat konfransı keçirib. O, hücum edənin bir neçə ədəd silahı olduğunu və güllənin Məxfi Xidmət əməkdaşlarından birinə dəydiyini, lakin onu zirehli gödəkçənin qoruduğunu bildirib.

Trampın sözlərinə görə, insidentlə əlaqədar jurnalistlərlə görüşün təxirə salınmasına qərar verilib.