Venesuelanın Miranda əyalətində yerləşən yüksək təhlükəsizlikli həbsxanada baş verən iğtişaş nəticəsində 5 məhbusun öldüyü bildirilib.
Bu barədə Venesuela Həbsxana Xidmətləri Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Yare Həbsxanasında məhbuslar arasında başlayan mübahisə qısa müddətdə üsyana çevrilib.
Qeyd olunub ki, hadisə zamanı 5 məhbus həyatını itirib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün Baş Prokurorluq tərəfindən istintaq başladılıb.
Venesuela Həbsxanaları Mərkəzindən vəziyyətin xaotik olduğu, ailə görüşlərinin dayandırıldığı bildirilib.
Venesuela Baş Prokurorluğu isə hadisənin araşdırılması və məhbus hüquqlarının təmin olunması üçün xüsusi komissiya yaradıldığını açıqlayıb./"qafqazinfo"