Bakıda mağazalardan oğurluq edən şəxs ələ keçdi + AUDİO

Suraxanı rayonu ərazisində gecə saatlarında naməlum şəxs uşaq geyim mağazalarının birinə gizlicə daxil olaraq kassadan 4200 manat pul oğurlayıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı V.İsmayılov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı onun Suraxanı və Sabunçu rayonlarında daha üç mağazadan oğurluqlar edərək zərərçəkənlərə ümumilikdə 5000 manata yaxın maddi ziyan vurduğu məlum olub.

Araşdırma aparılır.