Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhərin General Məhəmməd Əsədov küçəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü İbrahim İbrahimov baş və kürək nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. İ İlkin məlumata görə İ.İbrahimovun qonşusu tərəfindən xəsarət aldığı ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.