Türkiyənin 71 vilayətində son 10 gündə narkotik satan şəxslərə qarşı geniş əməliyyatlar keçirilib. Əməliyyatlar zamanı xeyli miqdarda narkotik maddə götürülüb.
Stopnarkotik.az xəbər verir ki, Türkiyənin DİN-nin Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi və prokurorluqların birlikdə keçirdiyi əməliyyatlarda 1 302 şübhəli saxlanılıb. Onlardan 844 nəfər həbs edilib, 140 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Digər şübhəlilərlə bağlı araşdırmalar davam edir.
Əməliyyatlar zamanı 832 kiloqram narkotik maddə və 425 min 419 ədəd narkotik həb götürülüb.
Əməliyyatlarda ümumilikdə 1 955 polis qrupu, 4 800 əməkdaş, 17 hava nəqliyyatı vasitəsi və 43 narkotik axtaran it iştirak edib.
Stopnarkotik.az