Türkiyənin Kayseri şəhər polisi keçirdiyi narkotik əməliyyatında PUA-dan istifadə edib. Əməliyyat zamanı saxlanılan 6 şübhəlidən 5-i məhkəmənin qərarı ilə həbs olunub.
Stopnarkotik.az xəbər verir ki, Kayseri şəhər Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsinin əməkdaşları küçədə narkotik satan şəxsləri tutmaq üçün əməliyyata başlayıb. Polis 2 ay ərzində şübhəliləri izləyib və onların fəaliyyətini araşdırıb. Əməliyyatda “Aksungur” PUA da istifadə olunub. Polis müəyyən etdiyi ünvanlara eyni vaxtda əməliyyat keçirərək 6 şübhəlini saxlayıb.
Axtarış zamanı müxtəlif miqdarda narkotik maddə götürülüb.
Stopnarkotik.az