“İran blokadanı yarmaq istədi, alınmadı” - ABŞ PREZİDENTİ

ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edərək, İran bayrağı altında üzən “Toska”adlı yük gəmisinin ABŞ-nin dəniz blokadasını yarmağa çalışdığını bildirib.

Trampın sözlərinə görə, təxminən 900 fut uzunluğunda olan və çəkisi təyyarədaşıyan gəmi qədər ağır olduğu deyilən “Toska” Oman körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Spruance idarə olunan raket esminesi tərəfindən saxlanılıb.

ABŞ prezidenti qeyd edib ki, Amerika qüvvələri gəmiyə dayanmaq üçün xəbərdarlıq edib, lakin İran heyəti buna məhəl qoymayıb. Tramp iddia edib ki, bundan sonra USS Spruance gəminin mühərrik bölməsinə zərbə endirərək onu hərəkətsiz vəziyyətə salıb.

“Hazırda gəmi ABŞ dəniz piyadalarının nəzarətindədir. Gəminin tam nəzarəti bizdədir və göyərtədə nə olduğunu görürük”, – deyə Tramp paylaşımında yazıb.