İran Hörmüz boğazını bütün kommersiya gəmiləri üçün açıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində paylaşım edib.
“Livanda əldə edilən atəşkəsə uyğun olaraq, atəşkəsin qalan müddəti ərzində bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi, İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatı tərəfindən artıq elan edilən əlaqələndirilmiş marşrut üzrə tamamilə açıq elan edilir”, - paylaşımda deyilir.