Gözəllik kraliçası evində ölü tapıldı - FOTO

Meksikada keçmiş gözəllik kraliçası Karolina Flores Qomes evində ölü tapılıb.

Stopnarkotik.az xəbər verir ki, onun başından güllə yarası aldığı bildirilir.

Məlumata görə, hadisə baş verən zaman o, həyat yoldaşı Alejandro Qomes və qayınanası Erika Mariya ilə birlikdə evdə olub. Qayınanası hadisə üzrə əsas şübhəli hesab edilir.

Meksika Prokurorluğu bu hadisəni qəsdən adam öldürmə kimi qiymətləndirib. İlkin ehtimallara görə, Qomes aprelin 15-də qətlə yetirilib.

Diqqət çəkən məqamlardan biri isə hadisə barədə polisə məlumatın yalnız bir gün sonra verilməsidir. Bu isə hadisənin detalları ilə bağlı əlavə suallar yaradır.

Qeyd edək ki, Karolina Flores Qomes 2017-ci ildə Aşağı Kaliforniyada “Miss Teen Universe” titulunu qazanmışdı.

MƏLƏK