Ağdaşda "TIR”la “Mercedes” toqquşdu - ÖLƏN VAR

Bu gün saat 11 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisindən keçən hissəsində "Mercedes" markalı yük avtomobili TIR-la toqquşub.

Stopnarkotik.az-ın məlumatına görə, nəticədə "Mercedes"in sürücüsü 36 yaşlı Heydər Hüseyngil hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.