Zaqatalada güllələnmə hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, gecə saat 01:30-da rayonun Kebeloba kənd sakini, 1987-ci il təvəllüdlü İsa Məhəmməd oğlu Bolayev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.