İran neft tankerini saxladı

İran Hərbi Dəniz Qüvvələri "Ocean Koi" neft tankerini saxlayıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Qeyd olunub ki, tanker "İranın maraqlarına zərər vurulması"nın qarşısının alınması üzrə xüsusi əməliyyat zamanı saxlanılıb.

İran mediası digər təfərrüatları açıqlamır.

"Marine Traffic"in məlumatına görə, Barbados bayrağı altında üzən "Ocean Koi" tankeri sonuncu dəfə Oman körfəzində olub.