Şənbə və bazar günləri 25 kiloqram narkotik aşkar olunub - RƏSMİ AÇIQLAMA + AUDIO

Mayın 9-da və 10-da ümumi çəkisi 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,1 kiloqramdan artıq heroin, 12,5 kiloqramdan çox marixuana, 7,2 kiloqrama yaxın metamfetamin, 1,2 kiloqrama yaxın həşiş, həmçinin 654 ədəd metadon həbi olub.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə edilib.

Stopnarkotik.az