Vladimir Putinin filosofu kimi tanınan Aleksandr Duqin rusların internetə çıxışının daha da sərt şəkildə tənzimlənməsini təklif edir.
Duqinin internetlə bağlı yeni açıqlamaları Rusiya mediasında əks-səda doğurub.
"Rusiyalılara interneti özlərini yaxşı apardıqda, porsiyalarla vermək lazımdır", - deyə Duqin bildirib.
O, qışda ruslara internetin nisbətən daha çox verilməsinin tərəfdarıdır.
Çünki insanlar payız-qış aylarında çölə çox çıxa bilmirlər. Yayda isə internetə çıxışı tam məhdudlaşdırmağı təklif edib.
Duqin bundan öncə də dəfələrlə cəmiyyət üzərində dövlət nəzarətinin gücləndirilməsini dəstəkləyib və rusları bunu qaçılmaz bir reallıq kimi qəbul etməyə çağırıb./azpolitika.info