Ev alqı-satqısı adı ilə dələduzluq edən şəxs hakim qarşısında

Vətəndaşlara qarşı ev alqı-satqısı ilə məşğul olmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən Müslüm Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Xəyalə Həmidova dindirilib. 

Onun sözlərinə görə, 13 il Riyaziyyat fənni üzrə müəllim olub, indi isə ev alqı-satqı üzrə reklam şirkətində işləyir. 

"Ev olanda biz məlumatları saytlara yerləşdiririk. Mən onu 2023-cü ildən tanıyıram. Təqsirləndirilən şəxslə bir müddət ailə olaraq yaşamışam. Yaxın adam özünə ev almaq istəyirdi və bizə müraciət etmişdi. Münasibət də elə burdan yarandı. Onun haqqında maraqlandım və dedilər ki, bu adam Ramanada ev alqı-satqısı ilə məşğul olub. Ona qarşı da inam burdan yarandı. O, Ramanada mənə torpaqlar göstərdi ki, burda satışda evlər var. Orda torpaqlar alıb evlər tikib satılması üçün birinci ona 40 min manat verdim. Mənim yanımda ustalara yığırdı. Torpaqların sənədi yox idi. Məhz buna görə sənədləşmə üçün pullar verdim. 1 aydan sonra 30 min bir, digər 30 min manat da pul vermişəm. Ümumilikdə mənə 100 min manat zərər dəyib. Sonra gördüm ki, verdiyi vədlər yalan çıxır aramızda narazılıq yarandı. Daha sonra aramızda narazılıq yaranıb. Aramızda heç bir barışıq yoxdu və mən qalan pulumu istəyirəm". 

Təqsirləndirilən şəxs isə bildirib ki, zərərçəkmiş şəxsin ifadəsi həqiqəti əks etdirmir. Onun sözlərinə görə, zərərçəkmişə dəymiş ziyandan 69 min manat geri ödəyib. 

Məhkəmənin növbəti iclası iyunun 18-nə təyin edilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb./"unikal"