Kəşfiyyat rəhbəri Trampla görüşdən sonra istefasını açıqladı

Tulsi Qabbard ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Bu barədə "Fox News" məlumat yayıb.

Məlumata görə, Qabbard bu qərarını ABŞ prezidenti Donald Trampla görüş zamanı bildirib.

O, 30 iyun 2026-cı ildə vəzifədən ayrılacağını bildirib.

O, rəsmi məktubunda həyat yoldaşında nadir sümük xərçəngi diaqnozu qoyulduğunu və ailəsinə dəstək vermək üçün istefa verdiyini qeyd edib.

Qeyd edək, Qabbard son ilyarım ərzində ABŞ Milli Kəşfiyyatına rəhbərlik edib.