Bakıda müşahidə olunan hava şəraiti ilə əlaqədar magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün gecikən şəxslərə şərait yaradılıb və onların imtahanda iştirakı təmin olunub. Hazırda imtahanlar davam edir.
Stopnarkotik.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Qeyd edək ki, magistraturaya qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəran şəhərlərində keçirilir.
Onu da qeyd edək ki, imtahana yarım saatadək gecikən tələbələr içəri buraxılıb. Amma imtahan əvvəlki vaxtında, saat 10:00-da başlayıb. Bu baxımdan, gecikən tələbələr əlavə vaxt itirməklə yanaşı, ingilis dili üzrə dinləmədə iştirak edə bilmədiyi üçün müəyyən problemlər yaşayıblar. Hansı ki, bu, onların imtahan nəticəsinə də ciddi təsir göstərəcək.
Xatırladaq ki, güclü yağış səbəbindən Bakıda nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb. Bu isə magistraturaya imtahan verən çox sayda gəncin gecikməsinə səbəb olub.
Stopnarkotik.az