İRANLA SƏRHƏDDƏ ATIŞMA - Narkotik tacirləri polis əməkdaşlarına müqavimət göstərib / Yenilənib

Xəbər verdiyimiz kimi, mayın 22-də Yardımlı və Lerik rayonlarının sərhədyanı dağlıq ərazilərində polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyat tədbirləri keçirilib.

Stopnarkotik.az yerli KİV-lərə istinadən xəbər verir ki, əməliyyat zamanı ölkəyə qanunsuz yolla keçirilməsinə cəhd göstərilən külli miqdarda narkotik vasitələrin dövriyyəyə daxil olmasının qarşısı alınıb.

**

Tədbir zamanı cinayətkar qrup tərəfindən polis əməkdaşlarına odlu silahla müqavimət göstərilib, nəticədə bir polis əməkdaşı xəsarət alıb.

Hadisə yerindən 15 kiloqrama yaxın narkotik vasitə və psixotrop həblər aşkar olunaraq götürülüb. Saxlanılanlar var.

**

Qeyd edək ki, atışma sonrası həyatını itirən polis əməkdaşının cəsədi helikopterlə Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sosial şəbəkələrdə Masallı rayon mərkəzinə helikopterin enməsi ilə bağlı görüntülər yayılıb. Detallı məlumat verilməsə də, hadisənin baş verdiyi Masallı Rayon Mərkəzi Xəstəxanasından da təsdiqlənib.

**

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev mətbuata açıqlamasında bildirib ki, Lerik və Yardımlı rayonları ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan əməliyyat zamanı qaçaqmalçılar silahlı müqavimət göstəriblər. Bir polis əməkdaşı yaralanıb.

Stopnarkotik.az