Ağsuda evlərdən silsilə oğurluqlar edən keçmiş məhkum həbs olundu - MƏHKƏMƏ QƏRARI / VİDEO + AUDİO

Ağsu rayonunda evlərdən silsilə oğurluqlar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törətməkdə təqsirli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 35 yaşlı Teymur Rəhimov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə T.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.