Vaşinqton Ədliyyə Nazirliyi tərəfindən ittiham olunan keçmiş Kuba lideri Raul Kastronun ABŞ-yə gətirilməsi üçün əlindən gələni edəcək.
Bu barədə ABŞ-ın baş prokuroru vəzifəsini icra edən Todd Blanş bildirib.
"Kastroya gəldikdə isə, ölkə xaricində ittiham olunan hər hansı digər şəxs kimi, ittiham aktının məqsədi - və bu, sadəcə kağız deyil - təqsirləndirilən şəxsi qanuna uyğun olaraq bu ölkəyə gətirmək və onu məsuliyyətə cəlb etməkdir. Biz bunu adətən beynəlxalq tərəfdaşlarla işləyərək ekstradisiya yolu ilə edirik", - deyə o bildirib.
Onun sözlərinə görə, yanvarın əvvəlində keçirilən xüsusi əməliyyat nəticəsində hakimiyyətdən uzaqlaşdırılan və ABŞ-a aparılan Venesuela prezidenti Nikolas Maduro ilə bağlı vəziyyət buna "ektremal nümunədir".