6 dil bilən şirkət rəhbəri necə küçələrə düşdü?! / DENİSİN “AĞ-QARA HƏYATI”

Denis Azərbaycan vətəndaşıdır. Bakıda doğulub, Naxçıvanda hərbi xidmət göstərib. Bir neçə il paytaxtda müxtəlif işlərdə çalışıb. Hətta özünə məxsus şirkəti, restoranları da olub. Lakin sonradan xarici ölkələrdə, xüsusilə də Avropa dövlətlərində yaşamağa və çalışmağa qərar verib. 16 il sonra isə deport edilərək, Azərbaycana göndərilib.

Denis deyir ki, ölkəyə qayıtdıqdan sonra depressiyaya düşüb və əvvəllər də aludəçisi olduğu spirtli içkilərdən daha çox istifadə etməyə başlayıb. Bu isə onu küçələrə salıb, parklarda yaşayıb, günlərlə ac-susuz qalıb.

Denis həyatının “ağ-qara səhifəsini” bizimlə bölüşüb. Buyurun, onun həyat hekayəsini öz dilindən eşidin.

Stopnarkotik.az