Erkən nikahların ailə instituna təsiri - MAARİFLƏNDİRİCİ TƏDBİR / FOTO

Gənclər təşkilatı yeni layihəsinin icrasına Lerikdən başladı

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Erkən nikahların ailə instituna təsiri” adlı ilk tədbirini Respublikamızın  Lerik, rayonunda həyata keçirib. Hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nigahlardır. Rayonun H.Əliyev mərkəzində təşkil olunan tədbirdə rayon gəncləri və rayon ziyalıları iştirak etmişlər.

26 may 2026 – cı il tarixində keçirlən tədbiri güriş sözü ilə mərkəzin drektor vəzifəsini icra edən Bahar xanım Mürsəliyeva açaraq iştirakçıları salamladı və Şəhidlərimizin xatirəsi bir dəqidəlik sükutla yad edildi.

Layihənin rəhbəri Tələt Qəribov mövzu haqqında geniş məruzə ilə çıxış etdi. O, çıxışında qeyd etdi ki, bu sahədə görülən tədbirlərə və qadağalara baxmayaraq, ölkəmizdə erkən nigahlara yenə də rast gəlinir. Belə ki, statistik məlumatlara görə 2024- cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olmuşdur.

Lerik rayon İH-nin məsul əməkdaşı Lalə İmanova bu sahədə rayonda görülən maarifləndirici işlərdən danışdı. O qeyd etdi ki, erkən nigaha daxil olan qızlar bir neçə ildən sonra həyat yoldaşları ilə yaş fərqinə görə aralarındakı anlaşılmazlığa görə ayrılmalı olurlar. Bu da sonda baxımsız uşaqların çoxalmasına səbəb olur.

Rayon Mərkəzi xəstəxanasının həkimi Avidin Alışanov iştirakçılara erkən nigahın sonrakı fəsadları haqqında geniş məlumat verdi.

Tədbir çay süfrəsi ətrafında müzakirələrdən sonra başa çatmışdır.

Stopnarkotik.az

**

**

**