İstanbulun Bayrampaşa rayonundakı keçirilən əməliyyatda 30 kiloqram qatı və maye metamfetamin müsadirə edilib.
Stopnarkotik.az xəbər verir ki, əməliyyatda iki nəfər saxlanılıb.
Axtarışlar zamanı 30 kiloqram metamfetamin (27,25 kiloqram maye və 2,75 kiloqram bərk), 21 kiloqram qatqı maddəsi, iki tərəzi və narkotik istehsalında istifadə edilən müxtəlif materiallar aşkar edilib.
Narkotiklər müsadirə edilib və basqın zamanı saxlanılan iki şübhəli dindirilmək üçün polis bölməsinə aparılıb. Məlum olub ki, sözügedən şəxslər Türkiyə Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə aparılan istintaq prosesinin sonunda məhkəmə orqanlarına göndəriləcəklər.
Stopnarkotik.az