20,5 KQ NARKOTİK, 2,2 TON ÇƏTƏNƏ KOLU... - Aşkar olunan narkotiklə bağlı rəsmi açıqlama + AUDİO

İyunun 2-də ümumi çəkisi 20,5 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 179 ədəd, yabanı halda bitmiş 2,2 ton çəkidə 8458 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Stopnarkotik.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, söügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə olunub.