Meksika-ABŞ sərhədinin altında kokain tüneli tapıldı-FOTO

Meksika və ABŞ polisi Tixuana yaxınlığında sərhəddən keçən bir tunel aşkar ediblər. Meksika Baş Prokurorluğunun məlumatına görə, sərhədin hər iki tərəfindəki hüquq-mühafizə orqanları hazırda birgə araşdırma aparır.

Stopnarkotik.az “The New York Post” qəzetinə istinadla xəbər verir ki, gizli yeraltı keçid şənbə günü Nueva Tixuana məhəlləsində Meksika federal hakimiyyət orqanlarının xüsusi əməliyyatı zamanı aşkar edilib. Kokain tünelinin 6 metrdən çox dərinliyi və 265 metr ümumi uzunluğu olub.

Yeraltı dəhliz Tixuana ştatının şərqindəki şəxsi evdə axtarış aparıldıqdan sonra aşkar edilib. Müstəntiqlər sursat, mobil telefonlar, bank kartları, rəqəmsal videoqeydiyyat cihazı və onlarla doza metamfetamin müsadirə ediblər.

Müstəntiqlərin sözlərinə görə, ev cinayətkar qruplar üçün logistika mərkəzi kimi istifadə olunub. Burada narkotik, silah və partlayıcı maddələr saxlanılıb və paylanıb. Bütün sübutlar Meksika federal prokurorluğuna təhvil verilib. Hadisə ilə bağlı ABŞ-da da araşdırma başlayıb. San Dieqodakı Vətən Təhlükəsizliyi Təhqiqatları (HSI) ofisinin xüsusi agentləri Tixuana ilə Kaliforniya arasındakı sərhəd keçid məntəqəsi olan Otay Mesa bölgəsində əməliyyata başlayıblar.

Stopnarkotik.az

**

**