Gəncədə 32 yaşlı kişi bıçaqlandı - 18 YAŞLI GƏNC SAXLANILDI

Gəncədə kişi bıçaqlanıb.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Şərq küçəsində qeydə alınıb.

Şəhər sakini 32 yaşlı A.Əmrahov bıçaqlanma xəsarətləri ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlum olub ki, A.Əmrahovu 18 yaşlı H.Cəfərov aralarında baş verən mübahisə zamanı bıçaqlayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə H. Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.